15:18 17-09-2021
news_image
263
FUTBOL

Lider gözləmədə, izləyiciləri üz-üzə - Premyer Liqada

Sabah Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.

Apasport.az saytının məlumatına görə, turun qarşılaşmaları mövsümdə ilk dəfə üç günü əhatə edəcək.

Birinci qarşılaşma Qəbələdə baş tutacaq. Liderlər qrupunda yer alan “Qəbələ” və “Səbail” zirvə mübarizəsində üz-üzə gələcək. Qalib komanda ən azı iki gün çempionatın lideri olacaq. Heç-heçə meydan sahiblərini zirvəyə daşıyacaq.

Günə paytaxt derbisi ilə yekun vurulacaq. İlk qələbəsini ötən tur qazanan “Zirə” autsayder “Sabah”ı sınağa çəkəcək. Qəsəbə təmsilçisi liderlərə yaxınlaşmaq üçün qalib gəlməlidir. Xal və qol həsrətində olan “Sabah” baş məşqçi istefasını təxirə salmaq üçün uğursuzluğa son qoymalıdır.

İkinci oyun gününün yeganə görüşündə də iki Bakı klubu görüşəcək. Xal üzünə həsrət “Keşlə” “Neftçi”nin qonağı olacaq. Son çempion ötən turdakı məğlubiyyəti unutmaq üçün qalib gəlməlidir. 

Turun son görüşündə “Qarabağ”la “Sumqayıt” qarşılaşacaq. Ağdamlılar ötən tura qədər lider olan rəqibi ilə matçın favoritidir. Sumqayıtlılar isə startdakı kimi yenə təəccübləndirməyə çalışacaq.

Premyer Liqa
IV tur

18 sentyabr (şənbə)
17:00. “Qəbələ” – “Səbail”

Baş hakim: Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu

19:15. “Zirə” – “Sabah”
Baş hakim: Ömər Paşayev
Zirə İdman Kompleksinin stadionu

19 sentyabr (bazar)
18:30. “Neftçi” – “Keşlə”
“Bakcell Arena”

20 sentyabr (bazar ertəsi)
19:00. “Qarabağ” – “Sumqayıt”
“Azersun Arena”

1

Qarabağ

3

2

1

0

6-2

7

2

Qəbələ

3

2

1

0

6-3

7

3

Səbail

3

2

0

1

2-3

6

4

Sumqayıt

3

2

0

1

4-1

6

5

Neftçi

3

1

1

1

5-5

4

6

Zirə

3

1

1

1

4-3

4

7

Keşlə

3

0

0

3

1-6

0

8

Sabah

3

0

0

3

0-5

0

Bombardir: Davit Volkov ("Zirə") - 3 qol