00:36 18-09-2021
news_image
108
FUTBOL

3 nəhəngin gündəmində - “Borussiya”nın müdafiəçisi

Mönhenqladbax “Borussiya”sının futbolçusu Mattias Ginter komandasını dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Almaniya millisinin üzvü hətta qış fasiləsində “Borussiya”dan ayrıla bilər.

Çünki 27 yaşlı mərkəz müdafiəçisi bir neçə klubun maraq dairəsindədir. Konkret olaraq “Real”, “Bavariya” və “Tottenhem” Ginteri heyətinə cəlb etmək niyyətindədir. Hazırda onun transfer qiyməti 30 milyon avroya bərabər göstərilir.

Qeyd edək ki, Mattias Ginter ötən mövsüm “Borussiya”nın heyətində bütün turnirlərdə 46 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə verib.