23:31 17-09-2021
news_image
92
FUTBOL

Pedrinin taleyinə aydınlıq gəldi - “Barselona”da

“Barselona” yarımmüdafiəçisi Pedri ilə yeni müqavilə məsələsində ortaq məxrəcə gəlib.

Apasport.az saytının məlumatına görə, 18 yaşlı orta sahə oyunçusu yeni sözləşməyə razılıq verib.

“Liverpul”un da maraq dairəsində olan Pedri gələn ilin yayına qədər olan müqaviləsini uzun müddətə uzadacaq. Hazırda danışıqların son mərhələsi gedir. Kataloniyalılar sözləşməyə 400-500 milyon avroluq təzminat haqqı bəndi salacaq.

Qeyd edək ki, “Barselona” akademiyasının yetirməsi olan Pedri ötən ildən əsas komandanın formasını geyinir.