16:35 17-09-2021
news_image
134
FUTBOL

Üç həftəlik sıradan çıxdı – “Real”ın futbolçusu

İspaniyanın “Real” klubunun futbolçusu Ferlan Mendinin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatlına görə, “Selta” ilə oyun (5:2) ərəfəsində zədələnən fransalı müdafiəçi müayinədən keçib.

Mendinin ən azı üç həftə buraxacağı müəyyənləşib. Onun millinin oyunları ilə bağlı yaranacaq fasilədən sonra komandaya qoşulacağı gözlənilir.

Qeyd edək ki, Ferlan yay “transfer pəncərəsi”ndə “Yuventus”un maraq dairəsində idi.