02:28 18-09-2021
news_image
91
FUTBOL

Rusiyadan məğlub qayıdır - millimiz

Qadınlardan ibarət Azərbaycan milli komandası dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində ilk oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Siyasət Əsgərovun komandası Moskvada Rusiya millisi ilə üz-üzə gəlib.

Oyun rəqib komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupumuzun digər görüşündə Bosniya və Hersoqovina evdə Monteneqroya 2:3 hesabı ilə uduzub. Bir gün öncə isə  Danimarka Maltanı darmadağın edib - 7:0.