11:43 18-09-2021
news_image
145
FUTBOL

Azərbaycana ukraynalı hakimləri göndərir – UEFA

“Qəbələ”nin UEFA Gənclər Liqasında 2021/22 mövsümünün I mərhələsindəki ilk matçının hakimləri açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, Çempionlar yolunda mübarizə aparacaq U-19 komandanın Niderland “Alkmaar”ı ilə görüşünü Ukraynadan olan referilər idarə edəcək.

Oyunda ədaləti Viktor Kopliyevski qoruyacaq. Ona həmyerliləri Vitali Skoblya və Vladimir Korotin kömək edəcək. 4-cü hakim funksiyasını isə azərbaycanlı hakim Fərid Hacıyev icra edəcək.

Qeyd edək ki, sentyabrın 29-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Alkmaar” oyunu saat 17:00-da başlayacaq. Cavab qarşılaşması oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə təşkil olunacaq. Həmin görüş isə Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.