15:39 18-09-2021
news_image
173
FUTBOL

İtaliyaya köçür – “Real”ın hücumçusu

İspaniyanın “Real” klubunun futbolçusu Luka Yoviç karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Yuventus” hücumçunun xidmətində maraqlıdır. 

Turin klubu serbiyalı forvardı icarəyə götürmək istəyir. “Real” isə Yoviçi satmaq arzusundadır. Tərəflər arasında anlaşma olsa, Luka sonradan transfer edilmək şərtilə icarəyə veriləcək.

Qeyd edək ki, “Real” Yoviçi “Ayntraxt”dan 63 milyon avroya alıb.