13:17 18-09-2021
news_image
89
FUTBOL

“Yuventus”la yeni müqaviləyə razılaşdı – milli üzvü

“Yuventus”un yarımmüdafiəçisi Xuan Kuadrado ilə bağlı qərar verilib.

Apasport.az saytının məlumatına görə, Kolumbiya millisinin üzvü Turin klubundakı çıxışını davam etdirəcək.

Çünki tərəflər yeni müqavilə imzalanmasına razılıq verib. Sözləşməsi mövsümün sonuna qədər olan 33 yaşlı oyunçu müddəti daha 1 il uzadacaq. İndi yalnız bunun rəsmiləşməsi prosesi qalıb.

Qeyd edək ki, Xuan Kuadrado ötən mövsüm “Yuventus”un heyətində 40 oyun keçirib, 2 qol vurub.