16:02 18-09-2021
news_image
120
FUTBOL

“Milan”dan gedəcək – azad agent kimi

İtaliyanın “Milan” klubunun futbolçusu Alessio Romanyoli gələcək karyerası ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı müdafiəçi yay “transfer pəncərəsi”ndə A seriyası təmsilçisini tərk edəcək.

Müqaviləsi 2022-ci ilin yayında başa çatacaq futbolçu azad agent kimi Milanın eyniadlı klubundan ayrılacaq. Buna səbəb tərəflər arasında yeni müqavilə ilə bağlı razılığın əldə olunmamasıdır.

“Yuventus”, “Barselona” və “Çelsi” də müdafiəçinin xidmətində maraqlıdır. Bu klublar Romanyolinin agenti ilə danışıqlara başlamağa hazırlaşır.