23:28 18-09-2021
news_image
122
FUTBOL

12 oyun buraxacaq - Beyl

İspaniyanın “Real” klubunun futbolçusu Qaret Beylin meydana qayıdışı yubanacaq.

Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu iki aya yaxın meydanlardan kənarda qalacaq.

Sentyabrın 11-dəki məşq zamanı əzələsindən xəsarət alan Beylin təxminən bir aya bərpa olunacağı gözlənilirdi. Lakin indi onun noyabrdan tez qayıtmayacağı üzə çıxıb.

Onun “Selta” ilə matç öncəsi aldığı zədə ümumilikdə 12 oyun buraxması ilə nəticələnəcək.  Beyl La Liqanın 9, Çempionlar Liqasının 3 matçını buraxacaq.

Qeyd edək ki, Qaret “Real”a keçəndən sonra 24-cü dəfə zədələnib.