00:46 19-09-2021
news_image
155
FUTBOL

Bundesliqada mütləq rekord - Levandovskidən

Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski Bundesliqada yeni rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, polşalı hücumçu ardıcıl 13-cü ev matçında qol vurub.

Bu, “Bohum”la qarşılaşmada rəsmiləşib. Levandovski V turun “Bohum”la görüşündə 7:0 hesablı qələbədə pay sahibi olub.

Almaniya çempionatında ardıcıl 13 oyunda qol vuran Levandovski bununla da Yupp Haynkes və Herd Müllerə məxsus rekordu arxada qoyub. Ötən tur onlara şərik çıxan Robert bu dəfə mütləq nailiyyətə imza atıb.

Qeyd edək ki, polşalı bütün turnirlər nəzərə alınmaqla 19 oyundur meydanı qolsuz tərk etmir.