11:53 19-09-2021
news_image
94
FUTBOL

Ardıcıl 200-cü oyunda... - “Atletik”in rəmzi

“Atletik”in futbolçusu İnyaki Uilyams İspaniya La Liqasında nadir təsadüf olunan göstəriciyə imza atıb.

Apasport.az saytının məlumatına görə, “Atletiko” ilə qarşılaşma (0:0) hücumçunun çempionatda ardıcıl 200-cu oyunu olub.

Komandasının son 200 matçında iştirak edən futbolçu bu göstəricidə rekordun iki addımlığındadır. “Real Sosyedad”ın sabiq futbolçusu Xuan Antonio Larranyaqe 202 görüşdə şans qazanıb.

Uilyamsın buraxdığı son matç 2016-cı il aprelin 17-də baş tutub. O, “Atletik”in həmin vaxt “Malaqa” ilə qarşılaşmasında (1:0) meydana çıxmayıb.