17:42 19-09-2021
news_image
177
FUTBOL

Tarixin ən ağır böyükhesablı qələbəsi – Klopp açıqladı

“Bunu futbolçularıma da dedim. Bu, futbol tarixinin ən ağır 3:0 hesablı qələbələrindən biridir”.

Apasport.az saytının məlumatına görə, bunu “Liverpul”un baş məşqçisi Yurgen Klopp deyib.

Almaniyalı mütəxəssis Premyer Liqanın “Kristal Pelas”la görüşünü şərh edib. Klopp 3:0 hesablı qələbəni tarixin ən ağır əldə edilən böyükhesablı nəticələrindən biri sayıb: “Bütün gücümüzü tam qoymalı olduq. Asan olmayan və təmiz mübarizə yaşandı. Fiziki baxımdan hazır olmalı idik. Rəqibin müdafiəçilərimizin arxasına ötürmələri təhlükəli idi. Çərşənbə, ardınca şənbə günü oynamaq çətindir. Gözəl qollar vurduq və standart vəziyyətlərdən yararlandıq. Bu, belə qarşılaşmalarda çox vacibdir”.