09:19 20-09-2021
news_image
66
FUTBOL

Zədəsindən danışdı – Sezar Meza Kolli

“Çox şadam ki, qələbə qazandıq. Qol vurub qələbədə pay sahibi olduğum üçün də sevincliyəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yarımmüdafiəçisi Sezar Meza Kolli Azərbaycan Premyer Liqasının IV turunda “Keşlə” ilə keçirilən oyun barədə danışarkən deyib.

Paraqvaylı pleymeyker 3:0 hesablı qələbədən sonra klubun rəsmi saytına fikirlərini açıqlayıb. Matçda hesabı açan Meza Kolli fasilədən sonra əvəzlənməsinə də aydınlıq gətirib: “İlk hissənin sonunda əzələmdə narahatlıq hiss etdim deyə fasilədə əvəzlənməli oldum. Ümumiyyətlə, yaxşı oynadıq. Növbəti matçlarda da yaxşı oyun göstərib qalib gəlməyə çalışacağıq”.

Qeyd edək ki, “Neftçi” aktivində 7 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.