09:52 20-09-2021
news_image
130
FUTBOL

Messini əvəzləməsinin səbəbini açıqladı - Poçettino

PSJ-nin baş məşqçisi Mauritsio Poçettino Fransa Liqa1-nin VI turunda “Lion”la matçın ikinci hissəsində Lionel Messinin əvəzləməsinin səbəbini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis bu addımı həmyerlisinin zəif çıxışı ilə əlaqələndirməyib.

Çalışdırıcı Leonu növbəti oyunlara qorumaq üçün 76-cı dəqiqədə dəyişikliyə əl atdığını deyib: “Messini mümkün zədədən qorumaq üçün əvəz etmək qərarına gəldik. Qarşıda vacib oyunlar var və biz onu qorumalıyıq”.

Qeyd edək ki, Messi əvəzlənərkən baş məşqçinin əlini sıxmaqdan imtina edib. 2:1 hesablı qələbə qazanan PSJ 18 xalla turnir cədvəlinə başçılıq edir.