11:34 20-09-2021
news_image
210
FUTBOL

Biletləri satışa çıxarıldı - Azərbaycan – İrlandiya oyununun

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İrlandiya oyununun biletləri bu gündən satışa çıxarılıb.

Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50%-i qədər azarkeş buraxılacaq.

Oktyabrın 9-da baş tutacaq Azərbaycan – İrlandiya oyununa biletləri iticket mobil tətbiqi, veb saytı və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən iticket bilet satış məntəqələrindən əldə etmək olar.

Pandemiya ilə əlaqədar təması minimuma endirmək məqsədilə biletlər elektron formada təqdim ediləcək. 

Mobil tətbiq və ya veb-saytdan elektron bilet əldə etdikdə, həmin bilet alıcının e-mail ünvanına göndərilir və ya şəxsi kabinetində görünür. Bilet satış məntəqəsindən bilet əldə etdikdə, elektron bilet alıcının e-mail ünvanına göndərilir, ehtiyac yaransa, A4 formatında çap edilib təqdim olunur. 

Oyun günü stadiona daxil olmaq üçün elektron bileti telefondan oxutmaq və ya A4 formatında çap edilmiş bileti təqdim etmək olar. Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 manatdır.
 
Azarkeşlər stadiona COVID-19-la bağlı sanitar-gigiyenik prosedurlara riayət olunması şərtilə buraxılacaq. AFFA azarkeşlərə müraciət edərək özlərinin və digərlərinin təhlükəsiziliyi üçün stadionda hərəkət edərkən və əyləşərkən sosial məsafəni qorumağınızı xahiş edib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.