00:47 21-09-2021
news_image
140
FUTBOL

Diasın transferi üçün danışıqlara başladı – “Roma”

İtaliyanın “Roma” klubu Luis Diasın transferi ilə bağlı danışıqlara başlayıb.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi kolumbiyalı vingeri qış transfer dövründə heyətinə qatmağı planlaşdırır.

Portuqaliya təmsilçisi “Porto”da çıxış edən Dias həm yığma, həm klubdakı oyunu ilə Joze Mourinyonun diqqətini cəlb edib.

O, cari mövsümün 6 oyununda 3 qol vurub. Bu da romalıları danışıqlara başlamağa sövq edib.