00:03 21-09-2021
news_image
138
FUTBOL

Titul qazansaq... – Depay vəd verdi

“Barselona”nın hücumçusu Memfis Depay maraqlı açıqlama ilə diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvü azarkeşlərə vəd verib.

Bədənindəki tatularla seçilən 27 yaşlı forvard Kataloniya klubu ilə titul əldə edəcəyi təqdirdə, daha birini əlavə edəcəyini söyləyib: “Tatular bədənimin, həyatımın və imicimin bir hissəsidir. “Barselona” İspaniya La Liqası və Çempionlar Liqası titulları uğrunda mübarizə aparacaq. Əgər onlardan birində uğur qazansaq, bunun üçün dərimdə bir yer ayıracağam. Çox gözəl olardı”.

Qeyd edək ki, Memfis Depay “Barselona”ya yay fasiləsində azad agent kimi keçib. La Liqanın ilk 3 matçında 7 xal toplayan kataloniyalılar Çempionlar Liqasına da “Bavariya”ya məğlubiyyətlə (0:3) başlayıb.