22:26 20-09-2021
news_image
152
FUTBOL

6 milyonluq kompensasiya – Kumana

İspaniyanın “Barselona” klubu ilə baş məşqçisi Ronald Kuman arasında müqavilənin müddəalarından biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi 2022-ci ilin yayında başa çatacaq anlaşmanı uzatmağa məcbur olacaq.

Çünki müqavilənin uzadılmaması böyük məbləğdə kompensasiya ödənişi ilə nəticələnəcək. Kuman yayda işsiz qalsa, “Barselona” ona 6 milyon avro ödəməlidir.

Müqaviləyə belə bir şərtin salınması səbəbsiz deyil. “Barselona”nı çalışdırmaq üçün Niderland yığmasının baş məşqçi postunu tərk edən mütəxəssis federasiyaya öz şəxsi vəsaitindən kompensasiya ödəyib.