22:51 20-09-2021
news_image
130
FUTBOL

Premyer Liqa tarixinə düşəcək - Poqba

İngiltərənin “Mançester Yunayted” klubu Pol Poqbanı heyətində saxlamağa qərar verib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi fransalı yarımmüdafiəçi üçün cəlbedici təklif hazırlayıb.

Poqbaya Premyer Liqa tarixinin ən yüksək ödənişli futbolçusu olmaq təklif olunub. O, yeni müqaviləyə qol çəksə, həftədə 400 min funt-sterlinq qazanacaq.

Mançesterlilər Polun maaşı ilə bağlı maliyyə çatışmazlığı hiss etməmək üçün bir neçə futbolçusunu satacaq. Əvvəl “Real”a keçmək istəyində olan yarımmüdafiəçi də artıq fikrindən daşınıb. O, yeni təklifi nəzərdən keçirməyə razılaşıb.