15:18 20-09-2021
news_image
91
FUTBOL

“Real”da itki – müdafiəçisini itirdi

İspaniyanın “Real” klubu itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisinin müdafiəçisi Daniel Karvahal zədələnib.

O, La Liqanın V turunun “Valensiya” ilə görüşündə xəsarət alıb. 29 yaşlı ispaniyalı artıq 26-cı dəqiqədə əvəzlənməyə məcbur olub.

Sağ ayağında problem olan müdafiəçinin durumuna müayinələrdən sonra aydınlıq gələcək. O, ötən mövsümdə də zədələrdən əziyyət çəkib. Bu üzdən həmin mövsüm Karvahal cəmi 15 matç keçirib.

Qeyd edək ki, “Real” bu qarşılaşmada 2:1 hesablı əzmkar qələbə qazanıb.