17:25 20-09-2021
news_image
135
FUTBOL

Asiyaya yollanır - Hames

Kolumbiya millisinin futbolçusu Hames Rodriges karyerasını Asiyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi şərəfini qoruduğu İngiltərə “Everton”undan ayrılmağa yaxındır.

Buna səbəb baş məşqçi Rafael Beniteslə cənubi amerikalı arasında problemdir. İspaniyalı mütəxəssis Premyer Liqanın cari mövsümündə futbolçuya şans verməyib.

Klubunu tərk etməyə qərar verən Hames Qətərdən aldığı təkliflərdən birini dəyərləndirmək niyyətindədir. O, asiyalılarla danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Hames 2020-ci ildə “Real”dan “Everton”a keçib.