20:14 20-09-2021
news_image
100
FUTBOL

İspaniyalı futbolçusunu itirdi – “Liverpul”

İngiltərə “Liverpul”u itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Tyaqo Alkantaranın xidmətindən məhrum qalıb.

Buna səbəb futbolçunun zədələnməsidir. İspaniyalı yarımmüdafiəçi iki matçı buraxacaq. O, “Norviç”lə Liqa kuboku, “Brentford”la Premyer Liqa qarşılaşmasında forma geyinməyəcək.

Qeyd edək ki, Alkantara Premyer Liqanın V turunun “Kristal Pelas”la matçında (3:0) xəsarət aldığı üçün 62-ci dəqiqədə əvəzlənib.