21:23 20-09-2021
news_image
151
FUTBOL

Neymarla görüşəcək komandanın adı məlum oldu - Azərbaycandan

Neymar Jr’s Five futbol turnirinin Milli Finalı keçirilib.

Apasport.az saytının məlumatına görə, çempionluq uğrunda Milli Final Heydər Əliyev Mərkəzinin parkında baş tutub.

İki ay davam edən seçimlərdən sonra 16 komanda “Red Bull Neymar Jr’s Five” futbol turnirinin finalında iştirak etmək imkanı qazanıb.

Olimpiya sistemiylə təşkil edilən Milli Final güclü rəqabət və güzəştsiz mübarizəilə yadda qalıb. Dörd saat davam edən Milli Finalın həlledici görüşündə “Şirinlər” və “Pentatrik” komandaları üz-üzə gəlib. Yekunda “Şirinlər” 4:0 hesabı ilə qələbə qazanaraq “Red Bull Neymar Jr’s Five” futbol turnirinin Azərbaycan üzrə qalibi olub.

Qeyd edək ki, bu “Şirinlər” komandasının “Red Bull Neymar Jr’s Five” yarışında ikinci qələbəsidir. Milli Finalın qalibi olan “Şirinlər” komandası dekabrda dünya futbol ulduzu Neymarın iştirakı ilə Qətərdə keçiriləcək Dünya Finalında Azərbaycanı təmsil edəcək.

“Red Bul Neymar Jr’s Five” - dünyanın hər bir tərəfindən futbol həvəskarlarını birləşdirən “beşin beşə” qlobal futbol turniridir. İldən ilə ölkələrin sayı genişlənir və turnirin coğrafiyası artır. Bu il yarış daha böyük olacaq. 6 qitədən olan 60-dan çox ölkədə seçim mərhələləri təşkil olunacaq. Bu yarışlarda öz ölkələrində milli finalın qalibi olacaq komandalar əsas dünya finalında iştirak hüququ qazanacaq.