09:11 21-09-2021
news_image
161
FUTBOL

Portuqaliya çempionatında qol hesabını açdı – millimizin hücumçusu

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Portuqaliya çempionatında qol hesabını açıb.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı forvard VI turda fərqlənməyi bacarıb.

O, formasını geyindiyi “Tondela”nın heyətində “Braqa” ilə səfər matçında qol vurub. 79-cu dəqiqədə meydana daxil olan Renat 7 dəqiqə sonra “Tondela”nın qarşılaşmadakı yeganə qolunun müəllifi olub.

Görüş “Braqa”nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Tondela” 6 turdan sonra 3 xalla turnir cədvəlinin 16-cı pilləsində yer alır.

Qeyd edək ki, müqavilə ilə “Vulverhempton”a məxsus olan Renat Dadaşov “Tondela”da icarə əsasında çıxış edir.