23:11 21-09-2021
news_image
102
FUTBOL

Sançesi göndərəcək – “İnter”

İtaliya “İnter”i Aleksis Sançeslə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi hücumçu ilə vidalaşacaq.

Milan klubu 32 yaşlı çilili oyunçu ilə yollarını qış “transfer pəncərəsi”ndə ayıracaq. “İnter” zədələrdən əziyyət çəkən Aleksisi pulsuz buraxmağa hazırdır.

Milanlıların cənubi amerikalı ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. O, ildə 7 milyon avro qazanır.

Qeyd edək ki, Aleksis bir müddət əvvəl Türkiyə “Fənərbaxça”sının maraq dairəsində idi.