11:12 21-09-2021
news_image
198
FUTBOL

Final matçının keçiriləcəyi stadion hazırdır – DÇ-2022-nin

DÇ-2022-yə ev sahibliyi edəcək Qətərin daha bir stadionu mundiala hazırdır.

Apasport.az saytının məlumatına görə, qətərlilər “Lusail” stadionundakı ot örtüyünün də dəyişdirildiyini açıqlayıb.

Bununla dünya çempionatının keçiriləcəyi arenalardan 5-i tam hazır vəziyyətə gətirilib. Ümumilikdə planetin ən böyük yarışı 8 stadionda baş tutacaq ki, onlar arasında ən böyüyü 80 min tamaşaçı tutumuna malik “Lusail”dir. Mundialın final qarşılaşması da elə bu arenada olacaq.

Qeyd edək ki, dünya çempionatı gələn il 21 noyabr – 18 dekabr aralığında keçiriləcək.