11:47 21-09-2021
news_image
127
FUTBOL

Oyunlardan əvvəl diz çökməyəcək – Premyer Liqada

“Çelsi”nin müdafiəçisi Markos Alonso Premyer Liqa oyunlarından əvvəl diz çökməyəcək.

Apasport.az xəbər verir ki, bunu ispaniyalı futbolçu özü açıqlayıb.

Cinah müdafiəçisi irqçiliyə qarşı mübarizəni dəstəkləmək üçün matçlardan əvvəl diz çökməyi gərəksiz hesab edir: “Mən irqçiliyin və hər cür ayrı-seçkiliyin əleyhinəyəm. Fakt budur ki, bu jest aktuallığını itirir. Digər idmançılar kimi, barmağımla “irqçiliyə yer yoxdur” işarəsi göstərməyi üstün tuturam. İrqçiliyin əleyhinəyəm və hamıya hörmət edirəm”.