22:28 21-09-2021
news_image
227
FUTBOL

Baş məşqçi xüsusi görüşdü – Mahir Emreli ilə

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Legiya” Polşa kubokunun 1/32 final mərhələsində II liqa təmsilçisi “Viqri Suvalki”yə qarşı keçiriləcək oyuna hazırlaşır.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, çempionat matçından sonra məşqləri bərpa edən Varşava təmsilçisi bir neçə aparıcı oyunçusunun xidmətindən yararlanmayacaq.

Baş məşqçi Çeslav Mixneviçin istirahət verməyi planlaşdırdığı oyunçulardan biri də Emrelidir. Ancaq digər hücumçu Tomas Pekartın cəzalı durumda olması həmyerlimizin kubok görüşündə iştirakını zəruri edə bilər.

Son məşq zamanı isə Mixneviçin Mahirlə xüsusi görüşü yerli medianın diqqətini çəkib. Bildirilib ki, komanda hazırlıq keçdiyi zaman çalışdırıcı ilə hücumçu meydanın kənarında uzun müddət söhbət edib.

Qeyd edək ki, “Viqri Suvalki” – “Legiya” oyunu sabah baş tutacaq.