12:36 21-09-2021
news_image
574
DİGƏR NÖVLƏR

Azərbaycan Qran-Prisinin tarixi müəyyənləşdi – “Formula-1”də

“Formula-1”də 2022-ci il mövsümünün təqvimi müəyyənləşib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Azərbaycan Qran-Prisinin də tarixi bəlli olub.

Təşkilatçılar yarışı iyunun 12-də və ya 19-da keçirməyi nəzərdə tuturdular. Bildirilib ki, ölkəmizdəki mərhələnin iyunun 12-də keçirilməsi qərara alınıb. Həmin ayın 19-dakı Qran-Pri isə Kanadada gerçəkləşəcək.

Qeyd edək ki, gələn il martın 20-də Bəhreyndə startı veriləcək mövsümdə 23 yarışın keçirilməsi planlaşdırılır. Son mərhələyə noyabrın 20-də Abu-Dabi ev sahibliyi edəcək.