13:09 21-09-2021
news_image
104
FUTBOL

İsgəndər Cavadovla görüş - AFFA-da

Bu gün AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadovun 65 illik yubileyidir.

Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, bu münasibətlə AFFA-da görüş keçirilib.

Qurumun inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov Cavadovla görüşərək, onu AFFA rəhbərliyi adından təbrik edib. Yubilyara Azərbaycan millisinin futbolkası hədiyyə olunub.

İsgəndər Cavadov göstərilən diqqətə görə minnətdarlığını bildirib.