00:07 22-09-2021
news_image
85
FUTBOL

Hameslə maraqlanan klubun adı bəlli oldu – Qətərdə

Kolumbiya millisinin futbolçusu Hames Rodrigesi transfer etmək istəyən Qətər klubunun adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, İngiltərə “Everton”unun yarımmüdafiəçisi “Əl-Rəyyan”ın maraq dairəsindədir.

Klubun nümayəndələri futbolçunun agenti ilə danışıqlara başlayıb. Hazırda tərəflər oyunçunun maaşını müzakirə edirlər.

“Everton” rəhbərliyi isə Hamesin qərarını gözləyir. Liverpullular onu satmağın əleyhinə deyil.

Qeyd edək ki, Hames karyerası ərzində “Enviqado”, “Banfild”, “Porto”, “Monako”, “Bavariya”, “Real” və “Everton”da çıxış edib.