15:03 21-09-2021
news_image
120
FUTBOL

Yeni baş məşqçisi rəsmiləşdi - Namik Ələskərovun

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun formasını geyindiyi “Bursaspor”un yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, TFF I Liqa təmsilçisi bu posta Özcan Bizatini gətirib.

Klub rəsmi saytı vasitəsilə 53 yaşlı mütəxəssislə anlaşma əldə olunduğunu açıqlayıb. Bizati “timsah”la 1+1 illik müqaviləyə qol çəkib. Dünən Tamer Tuna ilə danışıq aparan bursalılar seçimi Bizatinin xeyrinə edib.

Qeyd edək ki, “Bursaspor” 6 turdan sonra 5 xalla 15-ci pillədə qərarlaşır.