15:48 21-09-2021
news_image
116
FUTBOL

Sərbəst qalma məbləği açıqlandı – de Liqtin

“Yuventus”un futbolçusu Matteys de Liqtin klubla müqaviləsindəki bəndlərdən biri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvünün sərbəst qalma məbləği açıqlanıb.

“Qoca sinyora”dakı sözləşməsində yer alan bəndə əsasən, ulduz futbolçunun sərbəst qalma məbləği 150 milyon avrodur. Onun xidmətində ən çox maraqlı olan klub isə “Çelsi”dir. London təmsilçisi həmin pulu ödəsə, 22 yaşlı mərkəz müdafiəçisini heyətinə qata bilər.

Qeyd edək ki, Matteys de Liqt “Yuventus”a 2019-cu ildə “Ayaks”dan keçib.