11:10 26-09-2021
news_image
105
FUTBOL

Ən çox qol vurulan oyunlar – Çempionlar Liqasında

Çempionlar Liqası (ÇL) tarixində ən çox qol vurulan oyunların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cari mövsüm qrup mərhələsinin I turunda keçirilən bir oyun da cədvələ düşüb.

Söhbət “Mançester Siti” - “Leypsiq” qarşılaşmasından gedir. 6:3 hesabı ilə ingilislərin xeyrinə nəticələnən görüş ÇL-də ən çox qol qeydə alınan oyunlar sıralamasında 4-cü yerə şərik çıxıb.

Rekord isə 2016-cı ildə qırılıb. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Legiya”nın 5 il əvvəl səfərdə Dortmund “Borussiya”sına 4:8 hesablı yenilgisi əlçatmazdır.

1. “Borussiya” (Dortmund) – “Legiya” – 8:4
22 noyabr 2016-cı il – 12 qol

2. “Monako” – “Deportivo” – 8:3
5 noyabr 2003-cü il - 11 qol

3. “Barselona” – “Bavariya” – 2:8
14 avqust 2020-ci il - 10 qol

4. “Mançester Siti” - “Leypsiq” – 6:3
15 sentyabr 2021-ci il – 9 qol

“Tottenhem” – “Bavariya” – 2:7
1 oktyabr 2019-cu il – 9 qol

“Vilyarreal” – “Olborq” – 6:3
21 oktyabr 2008-ci il – 9 qol

“Lion” – “Verder” – 7:2
8 mart 2005-ci il - 9 qol

PSJ – “Rusenborq” – 7:2
24 oktyabr 2000-ci il - 9 qol