16:42 21-09-2021
news_image
129
FUTBOL

Əvəzləyici tapıldı – Keynə

İngiltərənin “Tottenhem” klubu Harri Keynə əvəzləyici tapıb.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi komandadan gedəcəyi gözlənilən ulduz hücumçunun yerinə Andre Silvanı almağa qərar verib.

Paytaxt təmsilçisi Almaniya “Leypsiq”ində çıxış edən portuqaliyalı ilə hücum xəttini gücləndirmək niyyətindədir. Baş məşqçi Nunu Eşprito həmyerlisinin transferinin əsas təşəbbüskarı hesab edilir.

Lakin Andre “Tottenhem”ə baha başa gələcək. “Leypsiq” üç ay əvvəl heyətinə qatdığı gənc hücumçunu ucuz qiymətə buraxmayacaq.