17:53 21-09-2021
news_image
105
FUTBOL

Favoriti açıqlandı – Premyer Liqanın

“Premyer Liqada titul uğrunda mübarizə yeni başlayıb”.

pasport.az saytının məlumatına görə, bunu İngiltərə futbolunun əfsanəsi Alan Şirer deyib.

Premyer Liqa tarixinin ən yaxşı bombardiri yeni mövsümün favoritini indidən açıqlayıb.

Onun sözlərinə görə, “Çelsi” indidən elə oyun göstərir ki, onları dayandırmaq çətin olacaq: “Tomas Tuxelin komandası məzmunlu futbolu ilə diqqət çəkir. Bu komanda hətta yaxşı oynamayanda və ya Ceymsin “Enfild”də qırmızı vərəqə aldığı epizoddakı kimi işləri düz getməyəndə də rəqibə çox az imkan verir. “Tottenhem” üzərində parlaq qələbə ilə “Çelsi” bir daha göstərdi ki, onların güclü heyəti və gözəl məşqçisi var. Londonluların növbəti rəqibi “Mançester Siti” olacaq. Bu da onları qorxutmur. Tuxelin “Çelsi”si ötən mövsüm biri Çempionlar Liqasının finalında olmaqla üç dəfə “şəhərlilər”ə qalib gəlib. Əminəm ki, o, yenə Pep Qvardiolaya qarşı duelə hazır olacaq”.