21:51 21-09-2021
news_image
403
FUTBOL

Bakıda biabırçı hesabla uduzdu - millimiz

Qadınlardan ibarət Azərbaycan milli komandası dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində ilk ev oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Siyasət Əsgərovun komandası Bakıda Danimarka yığmasını qəbul edib.

Seçmə mərhələyə Rusiyadakı 0:2 hesablı məğlubiyyətlə başlayan millimiz bu dəfə də meydandan xalsız ayrılıb. Favoritlər sırasında olan qonaqlar heç bir müqavimətə rast gəlməyiblər.

Artıq ilk 45 dəqiqədə vurulan 4 qolla matçın taleyini həll edən danimarkalılar ikinci hissədə özlərini məşqdəki kimi aparıblar. Qonaqlar fasilədən sonra vurulan dörd topla darmadağını rəsmiləşdirib – 8:0.

Qeyd edək ki, millimiz növbəti oyununu oktyabrın 21-də səfərdə Monteneqroya qarşı keçirəcək.

DÇ-2023-ün seçmə mərhələsi
Avropa zonası, E qrupu
21 sentyabr
20:00. Azərbaycan – Danimarka – 0:8
Baş hakim:
Zuzana Valentova (Slovakiya)
Qollar: Signe Bruun, 3, 62, Stine Larsen, 11, 25, 60, Manə Mollayeva, 43 (avtoqol), Mille Gejl, 75, Emma Snerl, 76
Bakı. “ASK Arena”