23:12 21-09-2021
news_image
110
FUTBOL

“Rəqibin gücü hamıya bəllidir” – 0:8 hesablı məğlubiyyətə bəhanə

“Çətin oyun olacağını bilirdik. Rəqibin gücü hamıya bəllidir, qrupda keçirdiyi ilk oyunda böyükhesablı qələbə qazanmışdı”.

Apasport.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, bunu qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.

O, dünya çempionatının seçmə mərhələsinin Danimarka ilə Bakıdakı oyununda alınan 0:8 hesablı məğlubiyyətə bəhanə tapıb. Əsgərov bunu rəqibin gücü ilə izah edib: “Xüsusən, fiziki cəhətdən güclü komandadır. Eyni zamanda hava toplarından daha çox istifadə edirdilər. Nəticədə bu üstünlüklərindən istifadə edib qələbə qazanmağı bacardılar. Bu cür oyunlardan sonra futbolçuları digər oyunlara kökləmək çətindir. İlk iki oyunumuz qrupun lider komandalarına qarşı oldu. Bu oyunlardan nəticə çıxarıb digər rəqiblərlə oyunlara köklənməliyik”.
 
Danimarka milli komandasının baş məşqçisi Lars Sondergaard da qarşılaşma barədə fikirlərini bölüşüb: “Topa daha çox nəzarət edərək öz oyunumuzu oynadıq. Azərbaycan millisini çox qaçmağa məcbur etdik və sonda onları yorduq. Oyun ərzində baxımlı qollar vurmağı bacardıq. Əlbəttə, nəticə və oyun bizi tam məmnun edir. Rəqib böyükhesabla məğlub olsa da, sonadək mübarizə apardı”.