23:15 21-09-2021
news_image
124
FUTBOL

“Bakcell Arena”da - millimiz

Azərbaycan yığmasının 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində bu il evdə keçirəcəyi oyunların stadionları müəyyənləşib. 

Apasport.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, millimiz noyabrın 12-də Avstriya, 16-da isə Norveç komandası ilə qarşılaşacaq. 

Hər iki matç “Bakcell Arena”da təşkil olunacaq. Görüşlərin başlama vaxtı hələ dəqiqləşməyib.