09:38 22-09-2021
news_image
85
FUTBOL

“Ölməmişdən əvvəl “Sportinq”də oynamasını görmək istəyirəm” – Ronaldonun anası

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun anası Maria Dolores Aveyro oğlunu “Sportinq”in formasında görmək arzusundadır.

Apasport.az saytının məlumatına görə, anası portuqaliyalı forvardın ilk klubuna dönməyini istədiyini bildirib.

Aveyro bununla bağlı belə deyib: “Oğluma demişəm ki, ölməmişdən əvvəl onun “Sportinq”də oynamasını görmək istəyirəm. O olmasa belə, oğlu oynasın, Kriştianodan daha yaxşı olsun”.

Qeyd edək ki, Kriştiano Ronaldo bu yay “Mançester Yunayted”lə 2+1 illik müqavilə imzalayıb.