09:42 22-09-2021
news_image
87
FUTBOL

Zidan arzusu – PSJ-nin

Fransanın PSJ klubu baş məşqçi postunda dəyişiklik etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Paris təmsilçisinin rəhbərliyi Zinəddin Zidanı baş məşqçi postuna gətirmək istəyir.

Komandanın hazırkı çalışdırıcısı Maurisio Poçettinonun istefaya göndəriləcəyi halda fransalı mütəxəssislə danışıqlar başlayacaq. Argentinalının həmyerlisi Lionel Messi ilə arasında narazılığın yaranması bu dəyişikliyə təkan verə bilər.

Qeyd edək ki, Zidan ötən mövsümün sonunda “Real”dan ayrılıb.