10:25 22-09-2021
news_image
112
FUTBOL

Ən çox qazanan futbolçular – SİYAHI

Dünyanın ən yüksək ödənişli futbolçularının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Forbes”in reytinqində ilk yeri Kriştiano Ronaldo tutur.

“Mançester Yunayted”in portuqaliyalı ulduzu ildə 107 milyon avro qazanır. Bura futbolçunun maaşı və sponsor müqavilələrindən gələn vəsait daxildir.

Siyahıda sonrakı üç yeri PSJ-nin üzvləri tutur. Argentinalı Lionel Messi 94, braziliyalı Neymar 81, fransalı Killian Mbappe 37 milyon avro qazanır.

İlk “beşliy”i Məhəmməd Salah qapayır. “Liverpul”un misirli hücumçusunun qazancı 35 milyon təşkil edir.