10:43 22-09-2021
news_image
207
FUTBOL

6-cı futbol dərsi – dünya çempionatlarında ən rüsvayçı ev məğlubiyyəti

Qadın futbolçulardan ibarət Azərbaycan millisi DÇ-2023-ün seçmə mərhələsindəki ilk ev oyununda meydana çıxmağa peşman olub.

Apasport.az saytının məlumatına görə, “ASK Arena”da özünü məşqdəki kimi aparan Danimarka yığması Siyasət Əsgərovun yetirmələrinə “dərs keçib”.

Qonaqlar hər hissədə 4 qol vurub. “Rəqibdən qalma dala” prinsipini unutmayan futbolçularımız bu topdan birini öz qapılarına vurmağa da vaxt tapıb. Danimarkalılardan futbol dərsi alan yığmamız üçün bu darmadağın ilk deyil. Komandamız qısa və fasiləli tarixi ərzində dəfələrlə belə, hətta daha ağır məğlubiyyətlə görüb.

Lakin bu nəticələr “dərs” deyil, ənənə halını alıb. Ümumilikdə yığmamız 6-cı dəfə 8 və ya daha çox top fərqi ilə uduzub.

1 dəfə Avropa çempionatlarının seçmə mərhələsində rüsvay olan futbolçularımız mundial yolunda 5-ci dəfə ağır zərbə alıb. Bu darmadağınların dördünü səfərdə görən milli doğma meydanda ikinci dəfə şok yaşayıb.

İspaniyadan cəmi 7 ay əvvəl 13 qol “yeyən” millimiz həmin vaxt qitə çempionatında üzülmüşdü. Bu dəfə isə dünya çempionatlarının seçmə mərhələlərində ən ağır ev məğlubiyyəti qeydə alınıb.

19 iyun 2010. DÇSO. Tubutse. Belçika – Azərbaycan – 11:0
23 iyun 2010. DÇSO. Qotenburq. İsveç – Azərbaycan – 17:0
21 avqust 2010. DÇSO. Nyutaun. Uels – Azərbaycan – 15:0
25 avqust 2010. DÇSO. Horni Poçernitse. Çexiya – Azərbaycan – 8:0
18 fevral 2021. AÇSO. Bakı. Azərbaycan – İspaniya – 0:13
21 sentyabr 2021. DÇSO. Bakı. Azərbaycan – Danimarka – 0:8