11:14 22-09-2021
news_image
88
FUTBOL

Gözünü Azərbaycanla oyuna dikib – monteneqrolu məşqçi

“O qədər zəifləmişdik ki, bizdən bir balaca üstün olan komanda ilə də bacarmırdıq”.

Apasport.az saytının məlumatına görə, bunu qadınlardan ibarət Monteneqro yığmasının baş məşqçisi Mirko Mariç deyib.

DÇ-2023-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan monteneqrolular dünən Rusiyaya 0:5 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra təəssüfünü gizlətməyən çalışdırıcı oktyabrda millimizlə matça böyük ümid bəslədiklərini vurğulayıb: “Bosniya və Herseqovina üzərində səfər qələbəsini nəzərə alsaq, sentyabr bizim üçün o qədər də pis keçmədi. Oktyabrda isə iki ev oyunumuz olacaq. Onlardan Azərbaycana qarşı oynaya biləcəyimizə və qələbə qazanacağımıza inam böyükdür”.

Qeyd edək ki, Azərbaycan millisi dünən seçmə mərhələdə Danimarkaya evdə 0:8 hesabı ilə məğlub olub. Yığmamız növbəti turda oktyabrın 21-də Monteneqronun qonağı olacaq.