12:05 22-09-2021
news_image

Azərbaycan Taekvondo Federasiyasının sabiq prezidenti vəfat edib

Azərbaycan taekvondosuna ağır itki üz verib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Taekvondo Federasiyasının (ATF) ilk prezidenti Süleyman Məmmədov vəfat edib.

Ölkədə taekvondonun təşəkkül tapmasında böyük xidmətləri olmuş Məmmədov 73 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!