12:43 22-09-2021
news_image
99
FUTBOL

48 oyunluq cəza verildi - Rəşidə

Rusiyalı futbolçu Rəşid Arsanukayev ağır cəza alıb.

Apasport.az saytının məlumatına görə, Avstriyanın “Viktoriya Breqents” klubunda çıxış edən həvəskar oyunçu 48 matçlıq diskvalifikasiya olunub.

Buna Rəşidin oyun zamanı rəqibə kəllə vurması səbəb olub. İnsident aşağı liqaların birində “Qefis Zattayns”la görüşdə yaşanıb. Onun baş zərbəsindən sonra rəqib futbolçunun burnu qırılıb.

Baş verənlərlə bağlı məhkəməyə məlumat verilib. Zərərçəkən burnundan əməliyyat olunub. 48 matçlıq cəza alan Rəşid 2023-cü ilin payızına qədər meydana çıxa bilməyəcək.