00:46 23-09-2021
news_image
107
FUTBOL

Marsial satılır – 40 milyona

İngiltərənin “Mançester Yunayted” klubu Antoni Marsialla bağlı qərarını verib. 

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi oyun praktikası qazanmaqda çətinlik çəkən hücumçunu satmağı planlaşdırır.

25 yaşlı fransalının agentlərinə ona klub axtarmaq tapşırığı verilib. Marsialın qış “transfer pəncərəsi”ndə satılması nəzərdə tutulub.

Mançesterlilər onun üçün 40 milyon funt-sterlinq istəyir. Futbolçunun keçidinə maaşının yüksək olması əngəl yaradır. O, həftədə 250 min funt-sterlinq qazanır.

Qeyd edək ki, Marsialın müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.