13:56 22-09-2021
news_image
88
FUTBOL

Müdafiəçisi ilə yeni müqaviləyə hazırlaşır – “Barselona”

“Barselona” mərkəz müdafiəçisi Ronald Arauxonu uzun müddət komandada saxlamaq niyyətindədir.

Apaport.az saytının məlumatına görə, kataloniyalılar bu məqsədlə yeni saziş bağlamağı planlaşdırır.

Transfer dəyəri 25 milyon avroya bərabər olan akademiyanın yetirməsi ilə yeni müqavilənin müzakirəsinə start verilib. La Liqa təmsilçisi 22 yaşlı oyunçuya anlaşmanı 2026-cı ilə qədər uzatmaq təklifi edib. Tezliklə tərəflər arasında münasibətlərin rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, Ronald Arauxonun “Barselona” ilə hazırkı müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.