00:09 23-09-2021
news_image
118
FUTBOL

3 klubun gündəmində - “Real”ın futbolçusu

“Real”ın futbolçusu Marko Asensio tezliklə komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi Avropanın digər ölkələrinin bir neçə klubunun maraq dairəsindədir.

Artıq 3 klub – “Liverpul”, “Mlan” və “Yuventus” ispaniyalının durumunu izləyir. Asensio özü də Karlo Ançelottinin rəhbərliyi altında kifayət qədər oyun vaxtı əldə etməməsindən narazıdır. Oyunçu adları sadalanan klubların təklifini nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, Asensionun “Real”la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.